4 yaşlı bu qız 7 dildə danışır – VİDEO

4 yaşlı bu qız 7 dildə danışır – VİDEO

Rusiyanın “Rossiya 24” telekanalındakı “Udivitelnıe Lyudi” (“Ecazkar insanlar”) şousunda səhnəyə dəvət olunan, Moskvada yaşayan 4 yaşlı Bella münsiflər heyəti və zaldakı tamaşaçılarla bahəm, telekanalda onu seyr edən milyonlarla insanı heyrətləndirib.

Çünki bu balaca qız doğma rus dilindən savayı, ingilis, alman, fransız, ispan, Çin və ərəb dillərində tam sərbəst danışır. Üstəlik, Bella həmin dillərdə oxuya da bilir.

Bellanın poeziya və paleontologiya sahəsində bilikləri də az deyil. O, brontozavrla steqozavrın arasındakı fərqlərin nə olduğunu asanlıqla deyib, sonra da fransız dilində şeri vurğularda yanılmamaqla söyləyib.

Print Friendly, PDF & Email