Rusiyada helikopter qəzaya uğradı: 22 ölü – YENİLƏNİB

Rusiyada helikopter qəzaya uğradı: 22 ölü – YENİLƏNİB

Rusiyanın “İzvestiya” qəzeti yazır ki, qəza nəticəsində cəmi 3 nəfər sağ qalıb.

Sərnişinlər və ekipaj üzvlərindən 22 nəfər qəza nəticəsində həlak olub.

21:52

Rusiyada “Mi-8” helikopteri Yamalo-Nenets muxtar dairəsində sərt eniş edib.

TASS agentliyinə istinadla xəbər verilir ki, helikopterdə 22 sərnişin və üç ekipaj üzvü olub.

“Skol” aviaşirkətinə məxsus helikopterlə əlaqə bir müddət kəsilib. Sonradan komandir əlaqə yaradaraq bildirib ki, helikopter yanı üstə düşüb, üç nəfər yaralı var.

Hadisənin baş verdiyi yer müəyyənləşdirilir və orada mürəkkəb meteoroloji şəraitin olduğu bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qrupu Yeni Urenqoydan hadisə yerinə yola düşüb.

Print Friendly, PDF & Email