Bakıda eyni yaşayış binasının daha bir eyvanı uçdu – VİDEO

Bakıda eyni yaşayış binasının daha bir eyvanı uçdu – VİDEO

Bakının Nərimanov rayonu, Mayakovski küçəsi 10 ünvanında eyvan uçub.

Bu, sözügedən binada artıq ikinci hadisədir. Yağışlı günlərdə başqa bir eyvan da uçub.

Sakinlər deyirlər ki, digər eyvanlar da uçmaq təhlükəsi qarşısındadır.

151 saylı Mənzil İstismar Sahəsinin mühəndisi də etiraf edir ki, bina köhnə olduğundan arakəsmələr belə çürüyüb. Ona görə də binanın eyvanlarının təmirə ehtiyacı var. (atv.az)

Print Friendly, PDF & Email