Həftənin filmi: “Mister Çörç” – Real həyat hekayəsi (VİDEO)

Həftənin filmi: “Mister Çörç” – Real həyat hekayəsi (VİDEO)

“Mister Çörç” filminin süjeti ssenari müəllifi Syuzen MakMartinin həyatından olan real hadisələr əsasında çəkilib.

Film ABŞ-da qaradərili insanların məcburi qaydada ağlardan fərqləndirən seqreqasiya qanununun qəbul edildiyi dövr haqqındadır. Ekran işində ağ dərili ana ilə qız və onların mister Çörç adlı qaradərili aşpazları arasında yaranan ailə münasibətləri göstərilir.

Filmin rejissoru Bryus Beresforddur, rollarda isə Eddi Mörfi, Britt Robertson, Nataşa Makelhoun, eləcə də başqa aktyorlar çəkiliblər.