Polat Alemdar “Gözləyin, gəlirəm!” dedi – VİDEO

Polat Alemdar “Gözləyin, gəlirəm!” dedi – VİDEO

360 telekanalında Polat Alemdar “Gözləyin, gəlirəm” deyərək anons yayımlayıb və bununla da Türkiyənin məşhur teleseriallarından biri olan “Kurtlar Vadisi Pusu”nun taleyinə aydınlıq gəlib.

Amirxeyir.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı 360 telekanalının aparıcısı canlı efirdə səsləndirib.

Onun sözlərinə görə, serialın köhnə adı tarixə qovuşacaq: “Yeni adı isə “Kurtlar Vadisi Darbe” olacaq. Bu serialın ətrafında baş verən qalmaqaldan sonra Pana Filmin yaradıcıları ilə görüşdük. Onlar “Beyaz” TV-nin səsləndirdiyi iddiaları rədd edərək bildirdilər ki, 139-cu serialda göstərilən “Erdoğan ailesi” adlı məzarlıq doğrudan da mövcuddur. Və o kadrların verilməsində rejissorun heç bir siyasi məqsədi olmayıb. “Beyaz” TV-nin müxbirləri isə ölkə əhalisini çaşdıraraq digər qəbristanlıqda çəkiliş aparıblar. Bir sözlə, “Kurtlar Vadisi Darbe” 2017-ci ilin yanvarında 360 TV-nin ekranlarına gələcək. O vaxtadək isə hər həftə “Kurtlar Vadisi Pusu”nun köhnə bölümləri həftə içi hər gün 360 TV-də yayımlanacaq”.