Azərbaycan millisinin rəqibləri müəyyənləşdi – Voleybol üzrə

Azərbaycan millisinin rəqibləri müəyyənləşdi – Voleybol üzrə
print
Lüksemburqda voleybol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatinin ikinci seçmə mərhələsinin püşkü atılıb.

Azərbaycanın qadınlardan və kişilərdən ibarət milli komandalarının rəqibləri müəyyən edilib.

“E” qrupunda yer alan qadın yığmamızın rəqibləri Hollandiya, Ukrayna, İsrail, Danimarka və Norveç komandalarıdır. Oyunlar gələn il mayın 30-dan iyunun 4-dək ölkəmizdə keçiriləcək.

Kişi voleybolçularımız isə Fransa, Almaniya, Türkiyə, Ukrayna və İslandiya yığmaları ilə “A” qrupunda mübarizə aparacaqlar. Qarşılaşmalar gələn il mayın 23-28-də Fransada oynanılacaq.