Azərbaycanda bu gün qar yağacaq – HAVA PROQNOZU

Azərbaycanda bu gün qar yağacaq – HAVA PROQNOZU

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir, səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı ehtimalı var, arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumata görə, havanın temperaturu gecə 8-10 dərəcə, gündüz  11-16 dərəcə olacaq.

Bakıda gecə  8-10°, gündüz  14-16° olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10°, gündüz 13-18°, dağlarda gecə 2° şaxtadan 3°-dək, gündüz 10-15° olacağı gözlənilir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti oktyabr ayının sonunadək davam edəcəyi gözlənilir.

Print Friendly, PDF & Email