Həftənin filmi: “Böyük və xeyirxah nəhəng” – VİDEO

Həftənin filmi: “Böyük və xeyirxah nəhəng” – VİDEO

“Böyük və xeyirxah nəhəng” filminin hekayəsi Sofi adlı bir qızdan bəhs edir.

O, gecə yarısına kimi yata bilməyib pəncərədən qonşuların yataq otaqlarına üfürən bir Nəhəng görür. Qədim inanclara və qorxulu uşaq hekayələrinə uyğun olaraq Nəhəng Sofini görüb öz evinə – nəhənglər diyarına aparır. O, həmin diyarda yeganə xeyirxah nəhəngdir və ciddi məxfilik şəraitində yaxşı yuxuları toplayıb gecə vaxtı uşaqlara paylayır. Onun qulaqları elə qurulub ki, o, yuxuları eşidir və heç vaxt qoymur ki, uşaqlar pis yuxu görsünlər.

Filmin süjeti məşhur “Çarli və şokolad fabriki” nağılının müəllifi Roald Dalyın eyniadlı kitabına əsaslanır. Rejissor Stiven Spilberqin filmində rolları Mark Raynels, Rubi Barnhill, Penelopa Uilton, Cemeyn Klement, Rebekka Holl, Reyf Spoll, Bill Heyder və başqaları ifa edirlər.