Türkiyə və Azərbaycanın birgə strateji siyasəti necə olmalıdır? – Bu ölkələrlə bağlı

Türkiyə və Azərbaycanın birgə strateji siyasəti necə olmalıdır? – Bu ölkələrlə bağlı
  1. Türkiyə və Azərbaycan İraq, Suriya, Əfqanıstan və İran Türkləri ilə bağlı birgə strateji siyasətə malik olmalı, vahid siyasi mövqe nümayiş etdirməlidirlər. Türkiyə və Azərbaycan yaxın şərqdə, İraqda öz gələcək təhlükəsizliyi, strateji maraqları istiqamətində fəal siyasi-hərbi mövqe nümayiş etdirməlidir. Kərkük bölgəsi Türkiyə və Azərbaycanın dövlət təhlükəsizliyinin açarıdır. Əgər İraq türkləri etnik təmizləmə və soyqırıma uğradılmaqla bölgədən silinəcəksə bu kürdlərin İraqda güclənməsinə, Güney Azərbaycanın Urmiya bölgəsini də nəzarətə götürməsinə və bütövlükdə Qərbi Azərbaycanın kürdləşdirilməsinə səbəb olacaqdır. Beləliklə də Türkiyəni Güney Azərbaycanla baglayan Urmu bölgəsində tampon kürd bölgəsi yaranacaq və Güney Azərbaycanla Türkiyə bir-birindən təcrid ediləcək. Bu Anadolu və Azərbaycan arasında bagların həmişəlik qopmasına, türk dünyasının gələcəyinə cox böyük zərbə olacaqdır. Qeyd etməliyəm ki, kürdlər təkcə Kərkük ərazilərinə deyil, Güney Azərbaycanın Qərbi Azərbaycan ostanlıgı ərazilərinə də iddia etməkdədirlər. Bunu da qeyd etməliyəm ki, 1943-cü ildə Pişəvərinin rəhbərliyi ilə Azərbaycanda başlayan Milli Azərbaycan hərəkatından yararlanan kürdlər tarixi Azərbaycan torpaqlarında -Maraga, Sınıqqala, Həmədan, Sənəndəc və digər Azərbaycan ərazilərində müstəqil Mahabat kürd dövləti yaratdılar. İnqilabın süqutundan sonra bu ərazidə Kürd ostanlıgı yaradıldı ki , hazırda bura İran Kürdüstanı adlandırılmaqdadır. Bu Azərbaycan türklüyünün XX əsrdəki ən böyük məglubiyyətidir. İrəvan xanlıgı, Qarabag ermənilər tərəfindən, Güney Azərbaycanın Maraga, Sınıqqala, Həmədan, Sənəndəc bölgələri kürdlər tərəfindən mənimsənilmişdir. Bununla bərabər kürdlər Qərbi Azərbaycanın Urmiya, Sulduz, Maku, Xoy, Tikantəpə bölgələrini də Kürdüstan adlandırmaqda və tarixi torpaqlarımızı ələ keçirmək üçün mübarizə aparmaqdadırlar. Türkiyə və Azərbaycan isə bu proseslərə müdaxilə etmək, özünü müdafiə etmək imkanından məhrum edilmişdir. Kərkük bölgəsində Kürdüstan dövlətinin qurulması, Urmu bölgəsinin və Naxçıvanın da kürdləşdirilməsi projesi istiqlal ugrunda mübarizə aparan Güney Azərbaycanın gələcəkdə Kürdüstan –Ermənistan arasında sıxışdırılmasına və Quzey Azərbaycandan, Türkiyədən təcrid olunmasına gətirib cıxaracaqdır. Beləliklə də Bütöv Azərbaycan ideyası fiaskoya ugrayacaqdır, yəni Quzey Azərbaycanla Güney Azərbaycan arasında ərazi, torpaq birliyinin mövcudluguna zərbə vurulacaq, hər iki Azərbaycan “Kürdüstan”, “Ermənistan” təhdidi altında qalacaqdır. Qeyd edim ki, İran rejiminin Urmu gölünün qurudulması və Azərbaycan türklərinin bu ərazilərdən köçürülməsi planı da Anadolu və Azərbaycan arasında cografi, etnik, kültür bağlarının qoparılması siyasətinə xidmət etməkdədir.

  2. Türkiyə və Azərbaycan birləşmiş ordusu İraq Türkmən bölgəsinə girərək Türklərin təhlükəsizliyini, ərazilərinin bölünməzliyini təmin etməlidir.

  3. Eyni zamanda bu ölkələrin mediası Türkmən bölgəsinin müdafiəsinə qalxmalıdır. Türk maraqlarının müdafiəsini təşkil edən informasiya siyasəti qurulmalıdır. Çox təəssüflər ki, media şirkətləri Türkiyə və Azərbaycanda milli maraqların müdafiəçisi yox, daha çox Qərb və ABŞ maraqlarının müdafiəçiləri oldugundan, daha çox Qərb mərkəzlərinə baglı olduqlarından Kərkük türklərinin taleyinə biganəlik nümayiş etdirirlər. “ABŞ-Qərb-İsrail nə edirsə, deməli bu düzdür” təfəkkürü Qərb köləsi medianı bu coğrafiyalarda yaşanan fəlakət və qətliamlara biganələşdirmişdir.

  4. Türkmən gəncləri Universitetlərdə pulsuz təhsil almalıdır.

  5. Türkmən partiyaları, siyasi təşkilatları, qadın təşkilatları, QHT-ləri, İnsan Haqlarını Müdafiə təşkilatları, millət vəkilləri, aydınları, elmi və kültür mərkəzləri ilə sıx iş birliyi qurulmalı, Türkmənlərlə Türkiyə və Azərbaycan sıx inteqrasiya olmalıdırlar.

  6. İraqın bölünməsinə, Türkmən bölgəsində Kürd dövlətinin qurulmasına yol verilməməlidir.

  7. Türkmənlərin İraq ərazi bütünlüyü içərisində muxtariyyət istəyi dəstəklənməlidir.

  8. Bütün bunların müqabilində əgər İraq siyasi istiqlalını və bütünlüyünü qoruya bilməsə, İraq türkmənlərinin torpaqları İraq türkmanlarının öz istəyi ilə Azərbaycanın qəyyumluguna keçməlidir və Azərbaycan bu yönümdə fəaliyyətin alt yapısını hazırlamalı, təbligat-təşviqat işləri həyata keçirilməlidir.

Yasəmən Qaraqoyunlu

Print Friendly, PDF & Email