Moldovada prezident seçkilərinin liderləri məlum oldu – YENİLƏNİB

Moldovada prezident seçkilərinin liderləri məlum oldu – YENİLƏNİB

Xəbər verildiyi kimi, oktyabrın 30-da Moldovada ilk dəfə birbaşa prezident seçkiləri keçirilib.

MOLDPRESS agentliyinə istinadla xəbər verilir ki, Moldova MSK-a səsvermə protokollarının 99,33 faizini işləyəndən sonra nəticələri elan edib.

Məlum olub ki, Moldova dövlətinin başçısı vəzifəsinə Moldova Respublikası Sosialistlər Partiyasından namizəd İqor Dodon və “Fəaliyyət və həmrəylik” partiyasından, “Ləyaqət və həqiqət” platformasından və Moldova Liberal-Demokrat Partiyasından namizəd Mayya Sandu prezident seçkilərinin ikinci turunda mübarizə aparacaqlar.

Seçkilərin ikinci iki turu həftədən sonra keçiriləcək. Həmin turda vətəndaşlar birinci turda ən çox səs toplamış iki namizəd arasında seçim edəcəklər.

MSK-nın məlumatına görə, İqor Dodon 48,26 faiz, Mayya Sandu isə 38,42 faiz səs toplayıb.

11:15

Xəbər verildiyi kimi, oktyabrın 30-da Moldovada ilk dəfə birbaşa prezident seçkiləri keçirilib.

Moldova KİV-lərinə istinadla bildirilir ki, Moldova Mərkəzi Seçki Komissiyası səsvermə bülletenlərinin 98 faizini işləyib. Məlum olub ki, İqor Dodon 48,72 faiz, Mayya Sandu isə 37,94 faiz səs toplayıb.

Əgər namizədlərdən heç biri seçicilərin ən azı yarısının səsini toplamasa, iki həftədən sonra seçkilərin ikinci turu keçiriləcək. Həmin turda vətəndaşlar birinci turda ən çox səs toplamış iki namizəddən birinin xeyrinə seçim edəcəklər.