Nissan-dan dünyanın ilk təkərli ofisi – FOTOLAR

Nissan-dan dünyanın ilk təkərli ofisi – FOTOLAR

Nissan şirkəti elektrofurqon bazasında dünyanın ilk təkərli ofisini təqdim edib. Layihə Britaniyanın dizayner studiyası Studio Hardie ilə birgə ərsəyə gətirilib.

Nissan e-NV200 Workspace furqonunun içərisində qab-qacaq üçün rəflər, kofe maşını, soyuducu ilə mini-mətbəx və kompyuter üçün stol yerləşdirilib. Eləcə də burada naqilsiz Wi-Fi, mobil alətlərin üçün induksion şarj sistemi, Bluetooth-lu audiosistem və dekorativ LED-işıqlandırma var. Şirkətdən bildirilir ki, belə ofis məkanların icarəsinə xərclərdən can qurtarmağa imkan verir. Belə ki, elektromobillər üçün pulsuz şarjın olduğu ticarət mərkəzlərinin dayanacağında dayanmaq olar.

Nissan e-NV200 modeli Nissan Leaf-dəki kimi 24 kVt həcmli litium ion batareyası ilə təchiz olunur və 109 at güclü mühərriklə çalışır. NEDC Avropa sınaq sikli üzrə onun ehtiyat gedişi 170 km-dir.

Nissan-dan dünyanın ilk təkərli ofisi

Nissan-dan dünyanın ilk təkərli ofisi

Nissan-dan dünyanın ilk təkərli ofisi

Nissan-dan dünyanın ilk təkərli ofisi

Nissan-dan dünyanın ilk təkərli ofisi

Nissan-dan dünyanın ilk təkərli ofisi

Nissan-dan dünyanın ilk təkərli ofisi

Mənbə: http://www.buro247.az/lifestyle/autos/nissan-dan-d-nyan-n-ilk-t-k-rli-ofisi.html