Odri Hepbörnün stilinə həsr olunan yeni kitab – Mənim gözəl ledim

Odri Hepbörnün stilinə həsr olunan yeni kitab – Mənim gözəl ledim

20-ci əsrin ən gözəl aktrisalarından biri sayılan Odri Hepbörnə həsr olunmuş yeni kitab işıq üzü görüb. Nəşrin müəllifi tanınmış fotoqraf və kurator Devid Uillisdir.

Odri Hepbörn illər öncə dünyasını dəyişsə də, onun stili və gözəlliyi haqqında hələ də kitablar yazılır, aktrisanın çəkildiyi “Roma tətilləri” və “Tiffanidə səhər yeməyi” filmləri isə ən romantik ekran işlərinin siyahısında ilk pillədədir. Uzun illər Hepbörnlə birlikdə çalışan fotoqraf Devid Uillis “Audrey: The 50’s” adlı kitabda Hollivud əfsanəsinin 200 unikal fotosunu toplayıb. Onların arasında aktrisanın film çəkilişlərində iş zamanı, məşhur dəb jurnalları üçün fotosessiyaları və Nyu-Yorkdakı mənzilində çəkilmiş fotoları var. Fotoalbomu onlayn sifariş etmək olar, onun qiyməti 45 ABŞ dollarıdır.

"Roma tətilləri" filminin çəkilişində

“Roma tətilləri” filminin çəkilişində

Odri Nyu-Yorkdakı mənzilində, 1954

Odri Nyu-Yorkdakı mənzilində, 1954

"Sabrina" filminin çəkilişləri, 1954

“Sabrina” filminin çəkilişləri, 1954

Odri Hepbörn və Qriqori Pek "Roma tətilləri" filminin çəkilişlərində, 1954

Odri Hepbörn və Qriqori Pek “Roma tətilləri” filminin çəkilişlərində, 1954

Mənbə: http://www.buro247.az/media/books/odri-hepb-rn-n-stilin-h-sr-olunan-yeni-kitab.html