Ərdoğan iki dəfə tankın önünə uzanan Sabri ilə qucaqlaşdı

Ərdoğan iki dəfə tankın önünə uzanan Sabri ilə qucaqlaşdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 15 iyul qazisi Səbri Ünal və ailəsini qəbul etdi.

Amirxeyir.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15 iyul qiyam cəhdinin yaşandığı gecə, Üsküdarda ard-arda keçən 2 tankın önünə uzanaraq onları dayandırmağa çalışan 34 yaşlı Səbri Ünal, Prezident iqamətgahına gedərək Ərdoğan ilə görüşdü.