Bu saatlarla foto və video çəkmək mümkün olacaq – Yeni kəmərcik

Bu saatlarla foto və video çəkmək mümkün olacaq – Yeni kəmərcik

Gilde şirkətinin mühəndisləri Apple Watch üçün miniatür kamera ilə təchiz edilmiş CMRA kəmərciyini təqdim ediblər. Artıq saatların sahibləri iPhone-u cibdən çıxarmadan foto və video çəkə bilərlər.

CMRA kəmərciyi əsas 8 meqapikselli modul və 2 meqapikselli “frontal” kamera ilə təchiz olunub. Hələ ki, kəmərciyin saatlarla proqram səviyyəsində necə birləşəcəyi məlum deyil, ancaq CMRA-ın artıq ayrıca batareya ilə çalışacağı məlumdur. Alətlə birlikdə dok-stansiya təqdim edilir, bu isə eyni zamanda həm saatı, həm də kameraları şarja qoymağa imkan verəcək.

CMRA satışa 2017-ci ilin yazında satışa çıxarılacaq, ancaq ilkin sifarişi artıq indi etmək mümkündür. Qiymətlər 149-199 dollardan başlayır.

Apple saatları ilə foto və video çəkmək mümkün olacaq