Yuxuda görüşə tələsən oğlan

Yuxuda görüşə tələsən oğlan

Ay başı batmış

Şeir

Dostum Savalana sevgiylə

Savalan Talıblı

 

İçimdə boy atan tənhalıqların

Səninlə görüşə dəvəti varmış

Görüşə tələsən bu cavan oğlan

Saatı unudub yuxulayarmış

Səhərlər oyatmaq çətinmiş demə

Verdiyi vədəni unutmaq olar

Yuxuda görüşə tələsən oğlan

Görüşdən tələsik qayıtmaq olar

Nə bilsin sevdiyi bir çinar boyu

Onun gəlişinə sevinə bilər

Çinar yarpaqların atıb üstünə

Özünə gəlinlik geyinə bilər

Nə qədər səbr edib gözləmək olar

Qızın fikirləri dolaşıq düşüb

Gah deyir hansısa qız yanındadı

Yəqin qismətinə yaraşıq düşüb

Yox, mənim sevdiyim belə səhf etməz

Görən nə olubdu nə baş veribdi

Bir addım heç yerə o mənsiz getməz

Bəlkə də başına bir iş gəlibdi

Zəng gəldi yuxudan ayıla bildim

İlahi insan da belə yatarmış

Açdım telefonu çox gözləyəcəm

Harda itib qaldın ay başı batmış

Şəhriyar Seyidoğlu

Print Friendly, PDF & Email