Atatürk Havalimanında silah səsləri eşidildi

Atatürk Havalimanında silah səsləri eşidildi

İstanbul Atatürk Havalımanına polisin “dur” xəbərdarlığına tabe olmayan və motosikletlə girməyə çalışan 2 adamdan biri vurularaq təsirsiz hala gətirildi.

Amirxeyir.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qaçan digər şübhəlini tutmaq üçün polis havalımanının avtoparkında və ətrafında axtarış apardı. Nəticədə 2-ci şübhəli də polis tərəfindən tutuldu.

Türk Hava Yolları hadisə ilə bağlı etdiyi açıqlamasında “Atatürk Havalimanında gediş uçuşlarımız davam etməkdədir” deyildi.

İstanbul valiliyindən isə “Havalimanı sərnişin daxil və çıxışları üçün açıqdır” şərhi verildi.