Donald Trump ABŞ Prezidenti seçilib

Donald Trump ABŞ Prezidenti seçilib

ABŞ-da keçirilən Prezident seçkiləri Respublikaçılar partiyasının namizədi Donald Trumpın qələbəsi ilə başa çatıb.

Donald Trump son olaraq Viskonsin ştatında da qalib gələrək seçənlər kollegiyasının bu ştat üzrə 10 səsini alıb. Bununla da Donald Trump ABŞ-ın 45-ci prezidenti seçilib.

Yeni Prezident qələbədən sonra Nyu-Yorkda tərəfdarları ilə görüşdə çıxış edərkən bildirib: “Dünyanın ən güclü iqtisadiyyatına sahib olacağıq. Eyni zamanda, bütün xalqlarla mehriban münasibətləri davam etdirəcəyik”.

1946-cı ildə Nyu-Yorkda anadan olan Donald Trump ABŞ tarixində ən yaşlı prezident olacaq. “Forbes” jurnalının 2016-cı ildə “Dünyanın ən zəngin 400 insanı” siyahısında yer alan Donald Trumpın sərvətinin 3,6 milyard dollar dəyərində olduğu təxmin edilir.

Print Friendly, PDF & Email