Regionun ən böyük üstüörtülü arenası inşa ediləcək – Dubayda

Regionun ən böyük üstüörtülü arenası inşa ediləcək – Dubayda

Dubayın mərkəzində regionun ən böyük və çoxfunksiyalı üstüörtülü arenası inşa ediləcək.

46 min kvadratmetr sahəsi olan 20 min nəfərlik arenanın tikintisinin 2018-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulur.

Havalandırma sistemi ilə təchiz edilmiş stadion böyük konsertlərin, idman və əyləncə tədbirlərinin keçirilməsi üçün istifadə olunacaq.