Serj Sarkisyan prezident yox, işğalçıdır – Erməni jurnalist

Serj Sarkisyan prezident yox, işğalçıdır – Erməni jurnalist

Ermənistanın hazırkı rejimi erməni xalqını talan edir. Serj Sarkisyan prezident yox, işğalçıdır. O, təkcə azərbaycanlılara qarşı deyil, erməni xalqına qarşı da soyqırımı həyata keçirib.

Bu sözləri Azərbaycanda səfərdə olan Ermənistanın “Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Caqinyan noyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında deyb.

S.Çaqinyan bildirib: “Sarkisyan məni öldürmək üçün tapşırıq verib. Mən Ermənistanda hüquqların tapdanmasına qarşı mübarizə aparıram. Onlar məni izləyirlər, hətta terrorçuluqda belə günahlandırırlar. Ermənistanda hakimiyyət zəbt edilib. Xalqın vəziyyəti çox ağırdır”.

Print Friendly, PDF & Email