Avropa Şurası Türkiyəyə xəbərdarlıq etdi

Avropa Şurası Türkiyəyə xəbərdarlıq etdi

Avropa Şurasının baş katibi Thorbjørn Jagland Ankaranın fövqəladə vəziyyətlə bağlı atdığı addımlara görə Avropa İnsan Haqları məhkəməsinə müraciətlərin arta biləcəyini bildirib, – Türkiyənin Hürriyet qəzeti yazır.

Cənab Jagland noyabrın 10-da prezident Recep Tayyip Erdoğan, baş nazir Binali Yıldırım və digər rəsmi şəxslərlə görüşmək üçün Ankaraya gəlib.

O, Türkiyəni 15 iyulda baş vermiş çevrilişə cəhddən sonra həyata keçirilən fövqəladə vəziyyətə görə Avropa İnsan Haqları Məhkəməsinə müraciətlərin artacağı ilə bağlı xəbərdar edib, qəzet yazır.

Cənab Jagland xüsusilə son həbslər, Cumhuriyet qəzetinə reydlər və kürdpərəst media qurumlarının bağlanmasından narahatlığını bildirib.

Türkiyə çevrilişə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyət barədə Avropa Şurasını məlumatlandırıb və Avropa İnsan Haqları Konvensiyasından (ECHR) geri çəkildiyini deyib.

Print Friendly, PDF & Email