Dünyanın ən yaxşı 6 tikilisi – Finalçılar arasında Heydər Əliyev Mərkəzi də var

Dünyanın ən yaxşı 6 tikilisi – Finalçılar arasında Heydər Əliyev Mərkəzi də var

Britaniya Memarları Kral İnstitutunun (Royal Institute of British Architects-RIBA) 2016-cı il üzrə elan etdiyi ilk beynəlxalq memarlıq mükafatına laureatların adları açıqlanıb. Finalçılar arasında Zaha Hadidin layihəsi üzrə tikilən Heydər Əliyev Mərkəzi də var.

Riçard Rocersin rəhbərlik etdiyi münsiflər heyəti qısa-siyahıdan son üç ildə tikilən 30 obyekti nəzərdən keçirib. Bu tikililər 5 qitədə dünyanın 20 ölkəsində yerləşir. Münsiflər yenidən finala keçən binaları ziyarət etməli və noyabrın 24-də qalibi elan etməlidirlər.

Laureatlar arasında Şimal Qütb dairəsindən 100 km aralıda yerləşən DRDH London bürosunun hazırladığı konsert zalı və Zaha Hadid memarlıq bürosunun böyükmiqyaslı layihəsi var.

Britaniya memarları Kral institutunun prezidenti Ceyn Dunkanın sözlərinə görə, RIBA beynəlxalq mükafatı dünyadakı ən yaxşı yeni binalarla tanışlıq üçün təsis edilib. “Bu mükafat memarın ustalığını, bu memarlıq obyektinin cəmiyyətə gətirdiyi baxış və faydasını qeyd edir”, – deyə Dunkan bildirib.

Qeyd edək ki, RIBA Böyük Britaniyanın peşəkar memarlarının ittifaqıdır. 182 illik tarixi olan qurum arxitektura sahəsində dünyanın ən nüfuzlu təşkilatı sayılır. RIBA 1966-cı ildən etibarən regional və milli mükafatlar təqdim edir. Onlar sırasında “Stirlinq mükafatı”, “Kral Qızıl Medalı”, “İlin evi” və s. var. 2016-cı ildən RIBA Beynəlxalq Mükafatı da təsis olunub.

Arquipelago müasir incəsənət mərkəzi, Azor adaları, Portuqaliya

Arquipelago müasir incəsənət mərkəzi, Azor adaları, Portuqaliya

Heydər Əliyev Mərkəzi Bakı, Azərbaycan

Heydər Əliyev Mərkəzi Bakı, Azərbaycan

Jumex muzeyi Mexiko, Meksika

Jumex muzeyi Mexiko, Meksika

Stormen konsert zalı Bude, Norveç

Stormen konsert zalı Bude, Norveç

"Yaddaş halqası" memorialı, Fransa

“Yaddaş halqası” memorialı, Fransa

UTEC universiteti Lima, Peru

UTEC universiteti Lima, Peru