Müsəlmanlara qadağa Trumpın saytından yoxa çıxıb

Müsəlmanlara qadağa Trumpın saytından yoxa çıxıb

Donald Trumpın prezident olarsa yerinə yetirəcəyini vəd etdiyi əsas planlarından biri onun saytından yoxa çıxıb.

Trump seçki kampaniyası zamanı müsəlmanların ABŞ-a daxil olmasına qadağa qoymaq planını açıqlamışdı. Daha sonra isə bu plana düzəliş edərək, onu bütün müsəlmanlara yox, yalnız “terrorçu ölkələrlə əlaqəsi olanlara” aid etmişdi.

Ancaq həmin qadağa artıq onun saytından götürülüb. ABC Newsxəbər verir ki, bu qadağa noyabrın 5-dək onun saytında idi.