Görmə qabiliyyəti zəif olanlar üçün “ağıllı” eynək

Görmə qabiliyyəti zəif olanlar üçün “ağıllı” eynək

Orcam My Eye süni görmə aləti görmə qabiliyyəti zəif olan insanların həyatını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər.

Orcam My Eye – vizual informasiyanı tələffüz edilən nitqə çevirən daşınan alətdir. O, zəif görən insanlar üçün nəzərdə tutulub. Alət istifadəçinin eynəklərinin dəstəyinə bərkidilən miniatür kamera, sümük keçiricisi texnologiyası ilə qulaqlıqdan, akkumlyator və kompyuterli
kiçik qutudan ibarətdir. Alət düyməni basmaqla və ya sadəcə barmaqla göstərməklə işə düşür.

Akkumlyator 24 saat fasiləsiz istifadə imkanı verir, onun bütöv enerji yığması üçün isə 4 saat tələb olunur. İştirakçılar məhsulların tanınması, elektron məktubların, qəzet, kitab və nişanların oxunması da daxil olmaqla 10 müxtəlif gündəlik tapşırıq yerinə yetirib və hər tapşırığın uğurla yerinə yetirilməsinə görə bir bal alıb.

İsraildə hazırlanan OrCam kamerası alman, ingilis və ivrit kimi dillərlə çalışa bilər. Gələcəkdə digər dillərin də dəstəyini əlavə etmək planlaşdırılır. OrCam My Eye 2 min dollardan çox məbləğə başa gələcək.

Görmə qabiliyyəti zəif olanlar üçün “ağıllı” eynək