Azərbaycan–Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək

Azərbaycan–Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində 2017-ci il martın 26-da Bakıda keçiriləcək Azərbaycan–Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar arenada müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, Azərbaycan – Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara alınıb.

Bununla bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.

Print Friendly, PDF & Email