İvanka Tramp: Atamın quracağı yeni hökumətdə nazir olmayacağam

İvanka Tramp: Atamın quracağı yeni hökumətdə nazir olmayacağam

“Atamın quracağı yeni hökumətdə nazir olaraq yer almayacağam”.

Bu barədə ABŞ-ın 45-ci prezidenti Donald Trampın qızı İvanka Tramp “CBS” telekanalında yayımlanan “60 Minutes” verişində çıxışı zamanı bildirib.

Keçmişdə model olan, daha sonra iş qadını kimi həyatına davam edən İ. Tramp atasının seçkiqabağı kampaniyasında aktiv iştirak edib.

35 yaşlı İvanka gələcəkdə heç bir rəsmi səlahiyyət icra etməyəcəyini, sadəcə atasının yanında həmişə olacağını vurğulayıb.

Qeyd edək ki, verilişdə Donald Trampla ailə üzvləri, xanımı Melaniya Tramp, uşaqları Tiffani, Erik və Donald Jr də iştirak edib. (qafqazinfo)