Vladimir Putin Donald Trampla telefonla danışdı

Vladimir Putin Donald Trampla telefonla danışdı

Noyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

TASS agentliyinə istinadla xəbər verilir ki, telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlıq qurmağa hazır olduğunu bildirib.

Prezidentlər Rusiya-ABŞ münasibətlərinin normallaşdırılması üçün birgə işləməyin əhəmiyyətini qeyd ediblər.

Vladimir Putin və Donald Tramp Suriya böhranının həlli məsələsini müzakirə edib, beynəlxalq terrorizmə və ekstremizmə qarşı mübarizədə birgə səylərlə bağlı fikir mübadiləsi aparıblar.

Dövlət başçıları telefon danışıqlarını davam etdirmək və gələcəkdə şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər.