Azərbaycan hərbçisi şəhid oldu – erməni gülləsi

Azərbaycan hərbçisi şəhid oldu – erməni gülləsi

Bu gün xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına təqdim olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Print Friendly, PDF & Email