“Google”dan tarixi yenilik

“Google”dan tarixi yenilik

“Google” şirkəti tərcümə sahəsində daha bir yeniliyə imza atıb. Kəlmə tərcüməsi əvəzinə gündəlik danışığa yaxın, qrammatikaya uyğun tərcümə imkanı tətbiq olunub.

“Google” tərcümə (Translate) türk dili də daxil olmaqla, 8 dildə düşünərək tərcümə edəcək. İngiltərənin paytaxtı Londonda yeni tərcümə metodunu təqdim edən şirkətin direktoru Sundar Piçai 8 dildə kəlmə tərcüməsi əvəzinə gündəlik danışığa yaxın qrammatikaya uyğun tərcüməyə başlanıldığını açıqlayıb.

O deyib ki, bu sistem bütün cümlələri bir-bir tərcümə etmək əvəzinə bir dəfəlik tərcümə edərək, paraqraflar və məqalələrin oxunmasını daha asan edir.

Yeni sistemin tərcüməni ədəbiyyat tərcüməsi kimi edəcəyini vurğulayan Piçai bildirib ki, yazıçı Jorge Luis Borgesin bir cümləsi ingiliscəyə normal necə tərcümə edilirsə elə tərcümə ediləcək.

Hazırki 8 dilli sistemi 103 dilə çatdırmağı hədəflədiklərini deyən Piçai, bunun miqrantlar üçün çox sərfəli olduğunu vurğulayıb. (sputnik)

Print Friendly, PDF & Email