Mingəçevirdə zəlzələ oldu – 3,2 bal

Mingəçevirdə zəlzələ oldu – 3,2 bal

Noyabrın 17-də Mingəçevirdə 3,2 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 13:53-də Mingəçevirdən 25 kilometr şimal-qərbdə, Mingəçevir su anbarında qeydə alınıb. Yeraltı təkanın ocağı 23 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Print Friendly, PDF & Email