“Kinq-konq” haqqında yeni film çəkilib – VİDEO

“Kinq-konq” haqqında yeni film çəkilib – VİDEO

“Kinq-konq: Kəllə adası” fantastik döyüş filminin ilk treyleri yayımlanıb.

Filmdə hadisələr bir zamanlar Kinq-Konqun yaxalandığı Kəllə adasında baş verir. 70-ci illərdə ora daha bir ekspedisiya yollanır. Onlar qorillanın itmiş qardaşını tapmağı və dumanlar altında gizlənən bu yerin daha bir neçə tapmacasını açmağa ümid edirlər.

Rejissor Corcan Vot-Robertsin filmində baş rolları Bri Larson, Tom Hiddlston, Tobi Kebella və Semuel L.Cekson ifa edirlər.Ekran işi gələn ilin martında prokata çıxacaq.

Qeyd edək ki, Kin-konq haqqında ilk film 1933-cü ildə çəkilib. Personajı isə rejissor və ssenarist Merien Kuper düşünüb. Daha sonra 1976 və 2005-ci illərdə nəhəng qorilladan bəhs edən filmlər çəkilib.

Print Friendly, PDF & Email