Hindistanda qatar qəzası nəticəsində ölənlərin sayı 100-ü ötüb – YENİLƏNİB

Hindistanda qatar qəzası nəticəsində ölənlərin sayı 100-ü ötüb – YENİLƏNİB

Hindistanda qatarın relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 100-ü ötüb.

RİA Novosti agentliyinə istinadla xəbər verilir ki, qəzada 200-dən çox insan yaralanıb.

Hadisə ölkənin şimalında, Pukrayan şəhəri yaxınlığında baş verib.

Qatarda təxminən 500 sərnişin olub. Qəza yerində 250-yə yaxın xilasedici işləyir. Ölənlərin sayının artma ehtimalının olduğu bildirilib.

10:15

Hindistanda 14 vaqondan ibarət qatarın relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 90-ı keçib. Qəzada 150-dən çox insan yaralanıb.

RİA Novosti agentliyinə istinadla xəbər verilir ki, hadisə ölkənin şimalında, Pukrayan şəhəri yaxınlığında qeydə alınıb.