Ərdoğandan NATO sessiyasında sərt açıqlamalar – VİDEO

Ərdoğandan NATO sessiyasında sərt açıqlamalar – VİDEO
print
Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İstanbulda keçirilən NATO Parlament Assambleyasının (PA) 62-ci sessiyası noyabrın 21-də işini davam etdirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sessiyada çıxış edib.

Qeyd edək ki, sessiyada ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov daxildirlər.