Bakıda qar yağacaq – Sabah

Bakıda qar yağacaq – Sabah

Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə sulu qar və qara keçəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 2-5° isti, Bakıda gecə 0-2° isti, gündüz 2-4° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə isə  noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.