Azərbaycan neftinin qiyməti 50 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 50 dollara yaxınlaşır

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,80 dollar bahalaşaraq 47,49 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,04 dollar artaraq 48,90 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 2,60 dollar bahalaşaraq 49,64 dollar təşkil edib.

Print Friendly, PDF & Email