“Instagram”da canlı yayım funksiyası istifadəyə verildi

“Instagram”da canlı yayım funksiyası istifadəyə verildi

“Instagram” fotobloqunda “Facebook” və “Periscope”da olduğu kimi canlı yayımlar etmək mümkün olacaq.

Yayımlar “Instagram Stories” bölməsində dərc olunacaq.

Real zaman rejimində olan videonun altında şərh və layklar, üstündə isə izləyicilərin sayı göstəriləcək. İstifadəçi yayıma başlayanda onun izləyicilərinə bildiriş gələ bilər. Bitdikdən sonra isə video yoxa çıxır, onu Stories-dəki foto və videolardan fərqli olaraq yaddaşa yazmaq mümkün deyil.

Servisin ikinci yeniliyi – baxıldıqdan sonra yoxa çıxacaq ismarışların dostlara və qruplara göndərilmə imkanıdır. Bu funksiya “Instagram Direct”in imkanlarını genişləndirəcək. İsmarışı alan tərəf skrinşot edərsə, göndərən tərəfə bildiriş gələcək. Hər iki yenilik yaxın həftələr ərzində tətbiq olunacaq.