Avropa Liqası: “Qarabağ” və “Qəbələ” bu gün növbəti oyunlarına çıxacaq

Avropa Liqası: “Qarabağ” və “Qəbələ” bu gün növbəti oyunlarına çıxacaq
print
Noyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunun oyunları keçiriləcək.

Azərbaycanın bu turnirdə mübarizə aparan “Qarabağ” və “Qəbələ” komandaları da növbəti oyunlarına çıxacaqlar.

“Qəbələ” komandası doğma meydanda Belçikanın “Anderlext” klubu ilə qarşılaşacaq. “Bakcell Arena”da keçiriləcək oyunu ukraynalı referi Yevgeni Aranovski idarə edəcək.

“Qarabağ” klubu isə səfərdə Çexiyanın “Slovan Libereç” komandasının qonağı olacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matçı isveçli hakim Stefan Yohannesson idarə edəcək.

Ağdamlılar Çexiya səfərində qələbə qazana bilsələr, UEFA Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcəklər. Qrupdakı digər oyunun nəticəsindən asılı olaraq, heç-heçə də təmsilçimizin tarixi nailiyyətə imza atmasına kifayət edir. Bunun üçün “Fiorentina” öz meydanında PAOK-a uduzmamalıdır.