Dünya Şahmat Tacı uğrunda onuncu partiya Maqnus Karlsenin qələbəsi ilə başa çatıb

Dünya Şahmat Tacı uğrunda onuncu partiya Maqnus Karlsenin qələbəsi ilə başa çatıb

Dünya Şahmat Tacı uğrunda Nyu-Yorkda hazırkı çempion norveçli Maqnus Karlsen ilə iddiaçı, rusiyalı Sergey Karyakin arasında onuncu partiya oynanılıb.

M.Karlsen bu oyunda qələbə qazanaraq, 8-ci partiyadakı məğlubiyyətin əvəzini çıxıb. Bununla da mühüm yarışda hesab bərabərləşib – 5:5.

Qeyd edək ki, əvvəlki doqquz partiyanın səkkizi heç-heçə ilə nəticələnib. Rəqiblər çempion adı uğrunda daha iki partiyada üz-üzə gələcəklər. Daha tez 6,5 xal toplayan qrossmeyster Dünya Şahmat Tacının sahibi olacaq. Hesab bərabər olacağı təqdirdə qalib tay-breykdə müəyyənləşəcək.

Dünya Şahmat Tacı uğrunda yarışın mükafat fondu 1,1 milyon dollardır.