Həftənin filmi: “Reallıqdan qaçan” – VİDEO

Həftənin filmi: “Reallıqdan qaçan” – VİDEO

“Reallıqdan qaçan” trillerində təsadüfən görüşən və sirli keçmişi olan iki insanın hekayəsindən bəhs edir.

Tom yaxın dostunun ad günündə qonaqların arasında Elis adlı qıza rast gəlir. O, əmindir ki, qızla tanışdırlar. Ancaq qonaq bunu etiraf etmir və özünü tamamilə ayrı adam kimi təqdim edir. Elis qaçır, Tom isə onun ardınca gedir. Birlikdə onlar tamamilə azad, anonim olurlar və meqapolisdə kütlənin arasında itirlər. Macəralarla dolu bu gecə onların həyatlarını dəyişmələri üçün şansdır.

Filmin rejissoru Coşua Marstondur, baş rollarda Reyçel Vays, Maykl Şennon, Keti Beyts, Denni Qlover, Kondola Raşad, Maykl Çernus, Erin Mayya Dark və başqa aktyorlar çəkiliblər.