Bu ölkənin turistləri Rusiyaya vizasız səfər edə biləcək

Bu ölkənin turistləri Rusiyaya vizasız səfər edə biləcək

Yaxın vaxtlarda Rusiya ilə İran arasında turist qruplarının vizasız səfərləri barədə hökumətlərarası sazişin imzalanacağı gözlənilir. Bundan əlavə, iki ölkənin işgüzar dairələrinə – hüquqi şəxslərə, şirkətlərə və müəssisələrə tərəfdaşlarını qarşılıqlı şəkildə dəvət etmək imkanı veriləcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranın İRİ Dövlət teleradio şirkətinə müsahibəsində bildirib.

M.Zaxarovanın fikrincə, viza rejiminin sadələşdirilməsi iki ölkənin işgüzar dairələrinin əməkdaşlığı, turizmin inkişafı üçün şərait yaradacaq.

Print Friendly, PDF & Email