Braziliyalı futbolçular təyyarə qəzasına düşdü

Braziliyalı futbolçular təyyarə qəzasına düşdü

Göyərtəsində Braziliyanın “Şapekoense” klubu futbolçularının da olduğu təyyarə Kolumbiyada qəzaya uğrayıb.

Univision telekanalının yaydığı məlumata görə, təyyarənin göyərtəsində 72 nəfər sərnişin və 9 ekipaj üzvü olub. Mi Oriente portalı yazır ki, təyyarə yanacaq çatışmazlığı səbəbindən Antiokiya əyalətinin La Unon rayonunda yerə düşüb. Kolumbiyanın José María Córdova aeroportu administrasiyası iqlim şəraitinə görə qəza yerinə getməyin çətinləşdiyini bildirib.

Təyyarə Kolumbiyanın Medelin şəhərinə uçurdu. Noyabrın 30-da burada Cənubi Amerika kuboku turniri çərçivəsində yerli “Atletiko Nasonal” və Braziliyanın “Şapekoense” klubları arasında oyun keçirilməli idi.