Azərbaycan nefti 51,64 dollara satılır

Azərbaycan nefti 51,64 dollara satılır

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 4,21 dollar bahalaşaraq 49,44 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 4,09 dollar artaraq 50,47 dollar olub.

“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 3,34 dollar bahalaşaraq 51,64 dollar təşkil edib.