Ronaldo qəzaya uğrayan həmkarlarının ailələrinə yardım etdi – 3 milyon dollar

Ronaldo qəzaya uğrayan həmkarlarının ailələrinə yardım etdi – 3 milyon dollar

Madridin “Real” klubunun hücumçusu Kriştiano Ronaldo Braziliyanın “Şapekoense” komandasının üzləşdiyi faciəyə biganə qalmayıb.

31 yaşlı forvard futbolçuları təyyarə qəzasında həlak olmuş kluba yardım əlini uzadıb.

Portuqaliyalı ulduz adıçəkilən klubun hesabına 3 milyon ABŞ dolları köçürüb. Ronaldo faciədə həlak olanların ailələrinə bu sözlərlə təskinlik verib: “Baş verən faciə xəbərindən hələ də şokdayam. Mən hadisə qurbanlarının ailə üzvləri və yaxınlarının acı kədərləri ilə həmrəyəm”, – deyə K. Ronaldo qeyd edib.