Yazıçı Varisə Number One mükafatı verildi

Yazıçı Varisə Number One mükafatı verildi

Azərbaycanda 4-cü Beynəlxalq Number One mükafatlandırılma mərasimi keçirildi.

Noyabrın 30-da «Kempinski Otel Badamdar»da Number One-İnternational Awards Ceremony Azerbaijan 2016 təntənəsi baş tutdu. Keçirilən sorğular əsasında ilin yekunlarına görə ən müxtəlif sahələrin seçilmişlərinə «Qırmızı xalı» mərasimindən sonra Number One mükafatları təqdim edildi.

Millət vəkilləri (Jalə Əliyeva, Fəzail Ağamalı), biznes («Omy energy») və səhiyyə (İstanbul Estetik Klinikası) qurumları, kino və teatr (Fəxrəddin Manafov, Amaliya Pənahova) xadimləri, müğənnilər (Flora Kərimova, Faiq Ağayev, Ədalət Şükürov, Sevda Yəhyayeva və s.), model (Rüstəm Cəbrayılov) və rəqqasələr (Oksana Rəsulova), TV proqramlar («Xəzər», «Lider», ARB və s. telekanalların xəbər və maqazin proqramları), rejissorlar (Kənan M.M.), gülüş ustaları (Müşfiq Şahverdiyev və Fərda Əsgərov), media qurumları (Trend.az, Day.az, Milli.az, Lent.az, «Bizim yol» və s.) idmançılar (İlham Zəkiyev və Rəfael Ağayev) və məşqçilər (Füzuli Musayev) təltif olundular.

Xüsusi olaraq qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən yaxşı əcnəbi şirkət kimi İtaliyanın «Bompani» şirkəti mükafatlandırıldı, mərasimə İtaliyadan təşrif buyurmuş şirkət təmsilçisinin mərasim təşkilatçılarına Azərbaycan dilində təşəkkür bildirməsi tədbirdə xoş bir ovqat yaratdı.

Bu il ilk dəfə ədəbiyyat üzrə də Number One nominantlığı elan edilmişdi, mükafat yazıçı Varis Yolçuyevə təqdim olundu.

Ədəbiyyat üzrə Varis təltif olundu

Yazıçı çıxış üçün söz alanda ədəbiyyat adına istənilən mükafatın böyük önəm kəsb etdiyini, cəmiyyətin marağını ədəbiyyata yönəltdiyini vurğuladı.

Beynəlxalq Number One mükafatlandırılma mərasiminin Azərbaycan üzrə teleaparıcı və prodüser Tural Ozanın timsalında təşkilatçılığının yüksək səviyyəsi belə deməyə əsas verdi ki, Number One mükafatı öz nüfuzunu durmadan artırmaqdadır.

Ədəbiyyat üzrə Varis təltif olundu
Print Friendly, PDF & Email