Ronaldo, Qrizman və Messi – İlin ən yaxşı futbolçusu adına 3 namizəd

Ronaldo, Qrizman və Messi – İlin ən yaxşı futbolçusu adına 3 namizəd
print
Beynəlxalq Futbol Federasiyası (FIFA) 2016-cı ilin ən yaxşı futbolçusu adına iddia edən üç finalçının adını açıqlayıb.

Rusiyanın NTV telekanalına istinadla xəbər verilir ki, final üçlüyünə Madridin “Real” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo, Madridin “Atletiko” komandasının və Fransa yığmasının hücumçusu Antuan Qrizman, “Barselona”nın və Argentina komandasının hücumçusu Lionel Messi daxildir.

Namizədlər arasında favorit ötən mövsümdə “Real”ın heyətində Çempionlar Liqasının qalibi və Portuqaliya millisinin tərkibində Avropa çempionu olmuş Kriştiano Ronaldo hesab edilir.

Bu gün FIFA, həmçinin 2016-cı ilin ən yaxşı məşqçisi adına namizədləri də elan edib. Onlar “Lester” komandasını İngiltərə Premyer-liqasında sensasiyalı çempionluğa gətirib çıxarmış italiyalı Klaudio Ranieri, Avropa çempionu olmuş Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş və “Real”ın baş məşqçisi Zinəddin Zidandır.

Ən yaxşıların adları gələn il yanvarın 9-da Sürixdə keçiriləcək illik mərasimdə açıqlanacaq.