Azərbaycan tərəfə keçmək istəyən erməni zabit haqda İrəvandan – AÇIQLAMA

Azərbaycan tərəfə keçmək istəyən erməni zabit haqda İrəvandan – AÇIQLAMA

Erməni zabit Norayr Minosyanın Azərbaycan hakimiyyətinə onun Azərbaycan tərəfinə keçidinin təmin edilməsi üçün şərait yaradılması barədə müraciəti Ermənistan KİV-də çaxnaşma yaradıb. Ermənistan Müdafiə Nazirliyi ziddiyyətli bəyanatlarla çıxış edir.

“Vahan Martirosyanın yüngül əli sayəsində Norayr Minosyan Azərbaycana qaçmağa hazırlaşır. O, fəaliyyətdə olan zabit deyil, 2014-cü ildə iki dəfə ittiham olunub və artıq bir ildir ki. Ermənistanda yaşamır. Ermənistan KİV-in Azərbaycan kütləvi informasiya vasitələrinin təsiri altına düşməsi təəssüf doğurur”, – Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bildirib. (http://virtualaz.org/uzbeuz/84607)