Bu gün daha bir reket jurnalist həbs olundu

Bu gün daha bir reket jurnalist həbs olundu

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları “Cəmiyyət” qəzetinin baş redaktoru Asəf Novruzovu saxlayıblar.

Novruzovun saxlanılması keçmiş MTN başçısı Eldar Mahmudovun cinayətkar dəstəsinə daxil olmuş “reket jurnalistlər”ə qarşı miqyaslı mübarizənin bir hissəsidir.

Asəf Novruzov

Məlumata görə, Asəf Novruzov “Azərbaycan” nəşriyyatının binasında tutulub.

Xatırladaq ki, bu gün daha öncə “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev tutulmuşdu.

Habil Vəliyev

Reketçilər özlərini jurnalist kimi qələmə verərək, iş adamlarını, məmurları, müxtəlif dövlət idarələrinin əməkdaşlarını ifşaedici materialların yayılması ilə şantaj edirdilər.

Print Friendly, PDF & Email