Olimpiya Stadionu türk müğənnisi Hadisənin qonorarı məsələsinə aydınlıq gətirdi

Olimpiya Stadionu türk müğənnisi Hadisənin qonorarı məsələsinə aydınlıq gətirdi

Türkiyəli müğənni Hadisənin dekabrın 31-də Bakı Olimpiya Stadionunda (BOS) iştirak edəcəyi konsertdən 190 min manat qonorar alacağı ilə bağlı yayılan informasiya reallığı əks etdirmir.

Bu barədə stadionun mətbuat katibi Cəmilə Mehdiyeva məlumat verib.

O deyib ki, əgər konsertdə iştirak edəcək müğənni 10 mahnı ifa edəcəksə, iki saata görə bu qədər məbləğin ödənilməsi düz deyil: “Qeyd olunan rəqəm şişirdilmiş məbləğdir. Konsertdəki çıxışa görə razılaşdırılmış qonorar daha aşağı məbləğdədir. Lakin hər iki tərəfdən (BOS və müğənni) kommersiya sirri olduğundan dəqiq rəqəmi açıqlaya bilmərik”.

C. Mehdiyeva eyni zamanda, mətbuatda açıqlanan rəqəmlərin məntiqli olmadığını da əlavə edib: “Tamaşaçıları cəmi 9 AZN-ə bileti əldə edib Yeni il gecəsi stadiona gəlməyə dəvət edirik”.

Qeyd edək ki, Türkiyənin “Hüriyyet” qəzeti Hadisənin Bakı Olimpiya Stadionunda 2 saatlıq çıxış üçün 375 min Türkiyə lirəsi (190 min AZN) qonorar alacağı iddiası ilə çıxış edib. (“Report”)

Print Friendly, PDF & Email