Saxlanılan 3 jurnalistə 4 ay həbs cəzası verildi

Saxlanılan 3 jurnalistə 4 ay həbs cəzası verildi

Səbail Rayon Məhkəməsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

Məhkəmə istintaq orqanının təqdimatını təmin edib.

Belə ki, H.Vəliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

Səbail Rayon Məhkəməsi DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı tutulan “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin də barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. (“Report”)