Nobel Sülh Mükafatı Kolumbiya Prezidentinə verildi – Osloda

Nobel Sülh Mükafatı Kolumbiya Prezidentinə verildi – Osloda
print
Bu gün Oslo Şəhər Ratuşasında Kolumbiyanın Prezidenti Xuan Manuel Santosa 2016-cı il üzrə Nobel Sülh Mükafatının təqdim olunması ilə bağlı təntənəli mərasim keçirilib. Norveçin Kralı V Haraldın iştirakı ilə keçirilən tədbirdə Kral ailəsi, ölkənin Baş naziri, hökumətin və Ali Məhkəmənin üzvləri də iştirak ediblər.

Mərasimdə çıxış edən Norveçin Nobel Komitəsinin təmsilçisi Berit Reiss-Andersen bildirib ki, Kolumbiyanın Prezidenti Xuan Manuel Santos bu mükafata Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin rəhbəri Rodriqo London ilə nail olduğu sülh razılaşmasına görə layiq görülüb. O deyib ki, 50 il davam edən münaqişə 200 min kolumbiyalının ölümünə və 6 milyondan çox insanın öz doğma evindən didərgin düşməsinə səbəb olub. Buna görə də münaqişənin həlli yolunun tapılması böyük nailiyyətdir.

Prezident Xuan Manuel Santos uzun illər davam edən müharibənin həllinin həqiqətən də böyük uğur olduğunu bildirib, sülhün əldə edilməsində əməyi olanlara minnətdarlıq edib.