Sarkisyan Azərbaycanın Talış kəndinə gəldi

Sarkisyan Azərbaycanın Talış kəndinə gəldi

Azərbaycanın işğal altındakı ərazilərində olan Ermənistan başçısı Serj Sarkisyan bu gün Ağdərə rayonunun Mataqis və Talış kəndləri istiqamətində yerləşən erməni mövqelərinə baş çəkib. 

Erməni KİV-lərinə istinadən xəbər verilir ki, Sarkisyan işğalçı qüvvələrin Mataqis polkunun aprel döyüşlərində Azərbaycan artilleriyasının zərbələrindən dağılan kazarmalarının təmirdən sonrakı vəziyyəti ilə tanış olub, habelə təmas xəttində aparılan “möhkəmləndirmə işləri” ilə maraqlanıb. (virtualaz.org)

Print Friendly, PDF & Email